RU

Xocalıda yanğına səbəb olan şəxs saxlanıldı

Xocalı rayonunun Xanyurdu kəndi ərazisində avqustun 4-də yanğın hadisəsi törədən şəxs saxlanılıb.

 

Bu barədə MilliYol.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Araşdırmalarla yanğının 2004-cü il təvəllüdlü Murad Abdulxalıqovun ərazidə məişət tullantılarını yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində təxminən 500 kv.m sahədə kol-kos yanıb.

 

M.Abdulxalıqov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

 

Избранный
2
49
milliyol.az

10Источники