12 günlük müharibədən sonra İran Kəşfiyyat və Təhlükəsizlik İdarəsinin (ETTELAAT) əməkdaşları Tehran və Şirazda dörd yəhudi vətəndaşı saxlayıblar...
"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə "Hrana" insan haqları saytı məlumat verib.
Məlumata görə, Navid Rovon və Şahab Yusef Şirazdakı "Kolona 100" təcridxanasında saxlanılırlar.
Onlara qarşı ittihamlar rəsmən elan edilməyib. "Hrana"nın məlumatına görə, ittihamlar arasında evdə İsrail bayrağının saxlanması da var.
Qohumları və hüquq müdafiəçiləri onların hüquqi statusları ilə bağlı məlumatların olmadığını bildirirlər.
Poliqon.info