RU

İmişlidə yol qəzası: 6 nəfər xəsarət aldı

İmişli rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən qəza zamanı altı nəfər xəsarət alıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Opel" və "Mercedes" markalı avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alanlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal təcili təxirə salınmaz tibbi yardım göstərilib, xəsarət alan şəxslərdən bir nəfəri Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyyə olunub.

Избранный
53
10
publika.az

10Источники