RU

Sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi çəkisi artıb  

Son dövrlərdə ölkəmizdə sənayeləşmə siyasətinə uyğun olaraq yaradılan sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında xüsusi çəkisi artmaqda davam edir.

İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin I yarısında 1,83 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının qeyri-neft sənayesi məhsullarının istehsalında xüsusi çəkisi 18,7 faiz, qeyri-neft sənayesi məhsullarının ixracında isə 28,3 faiz (583,5 milyon manat) olub.

Qeyd edək ki, hazırda ölkəmizdə 13 sənaye zonası mövcuddur. Sənaye zonalarında investisiya portfeli 8 milyard manatdan çox olan 160 sahibkarlıq subyekti rezident, 12 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.

Избранный
28
9
azerbaijan-news.az

10Источники