RU

Türkiyə TBMM-də “Terror­suz Türkiyə” Komissiyası işə başlayıb

Türkiyə Böyük Millət Məclisində (TBMM ) “Terror­suz Türkiyə” məqsədilə yaradılan yeni komissiya ilk iclasını keçirib.

APA-nın xəbərinə görə, açılışda çıxış edən TBMM sədri Numan Kurtulmuş, ölkənin yarım əsrlik terrorla mübarizəsində yeni mərhələyə qədəm qoyulduğunu bildirib.

Kurtulmuş, silahların susmasının və terror təşkilatlarının fəaliyyətini dayandırmasının heç bir siyasi qurumun deyil, birbaşa xalq iradəsinin nəticəsi olduğunu vurğulayıb. O, bu prosesin həm Türkiyənin, həm də regionun sülh və sabitliyi üçün həlledici əhəmiyyət daşıdığını qeyd edib.

Komissiyanın fəaliyyət prinsiplərinin “şəffaflıq, açıqlıq və çoğulçuluq” olacağını bildirən Kurtulmuş, işlərə akademiklər, hüquqçular, QHT-lər və ictimaiyyət nümayəndələrinin də cəlb ediləcəyini açıqlayıb.

“Bu masa xalqın vicdanı ilə qurulub. Demokratik və hər kəsin özünü aid hiss etdiyi bir Türkiyə üçün birlikdə çalışacağıq,” – deyə TBMM sədri qeyd edib.

Избранный
32
9
apa.az

10Источники