RU

Sloveniyalı hücumçu üçün 90 milyon avro təklif edibər

“Leyptsiq” Benjamin Şeşkonun transferi ilə bağlı “Nyukasl”ın təklifini qəbul etməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu Sloveniya millisinin hücumçusu üçün 80 milyon əsas məbləğ və əlavə 10 milyon bonuslar olmaqla ümumilikdə 90 milyon avro təklif edib.

“Leyptsiq”in bu təklifi qəbul etməsi gözlənilir, razılaşmanın tezliklə rəsmiləşəcəyi bildirilir.

21 yaşlı forvardın özü də Premyer Liqada çıxış etmək və “Nyukasl”a keçmək istəyindədir.

Şeşko son mövsümdə Bundesliqada 33 oyun keçirib, 13 qol vurub.

Избранный
24
9
sportinfo.az

10Источники