RU

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Moskvaya gedib

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffu daşıyan təyyarə Moskvaya çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə TASS-a avia dispetçer dairələrindən məlumat verilib.

“Ötən axşam ABŞ-dan yola düşən Uitkoffu daşıyan təyyarə Moskvaya çatıb”, - agentliyin mənbəsi bildirib.

Vnukovo hava limanında Stiv Uitkoffu Rusiya İnvestisiya Fondunun rəhbəri və Rusiya Prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.

Избранный
99
6
operativmm.az

10Источники