RU

Naxçıvanda vergi daxilolmaları 20 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 140,6 milyon manat vergi daxil olub.

FED.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 20,3 % çoxdur.

Hesabat dövründə ödənilən vergilərin 67,8 %-i qeyri-dövlət sektorunun, 32,2 %-i isə dövlət sektorunun payına düşüb.

Qeyri-dövlət sektorundan daxilolmalar 95,3 milyon manat təşkil edib. 2024-cü ilin 7 ayına nisbətən bu sektordan vergi daxilolmaları 29,8 % çox olub.

Избранный
52
8
fed.az

10Источники