Bakı. Trend:
Dünya Bankı Türkiyədə “Elektrik Enerjisinin Ötürülmə SistemininTransformasiyası” (TPTS) layihəsinin həyata keçirilməsi üçün irimaliyyə paketini təsdiqləyib.
Bu barədə TrendDünya Bankına istinadən xəbər verir.
Maliyyə paketi ölkənin milli elektrik şəbəkəsinə artan həcmdəbərpa olunan enerjisinin inteqrasiyasına, habelə Türkiyənin davamlıinkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki hədəflərinədəstək məqsədi daşıyır.
Layihənin ümumi maliyyələşdirmə həcmi 747,9 milyon ABŞ dollarınıötüb. Paketə aşağıdakılar daxildir:
625 milyon avro (təxminən 707,9 milyon ABŞ dolları) BeynəlxalqYenidənqurma və İnkişaf Bankının (BYYB) krediti; 32,798 milyon avro(38 milyon ABŞ dolları) Təmiz Texnologiyalar Fondunun (CTF)krediti; həmçinin, CTF tərəfindən 2 milyon ABŞ dolları məbləğindəqrant (geri qaytarılmayan əsaslarda).
Layihə Avropa və Mərkəzi Asiyada Bərpa Olunan EnerjininMiqyaslandırılması (ECARES) proqramının yeddinci mərhələsiçərçivəsində icra olunur və birbaşa Türkiyənin 2035-ci il üçünBərpa Olunan Enerji Strategiyasını (RE 2035) dəstəkləyir. Bustrategiya 2035-ci ilə qədər 120 QVt külək və günəş enerjisigücünün quraşdırılmasını, eləcə də, 2053-cü ilə qədər karbonneytrallığının təmin edilməsini nəzərdə tutur.
Dünya Bankının Türkiyə üzrə direktoru Umberto Lopesin sözlərinəgörə, şəbəkələrin modernləşdirilməsi və bərpa olunan enerjimənbələrinin inkişafı təkcə enerji təhlükəsizliyini artırmayacaq vəqalıq yanacaqlardan idxal asılılığını azaldacaq, həm də yeniiqtisadi imkanlar yaradacaq və minlərlə iş yeri açacaq.
Layihənin əsas istiqamətlərinə şəbəkə infrastrukturunungenişmiqyaslı müasirləşdirilməsi daxildir ki, bu da yeniyarımstansiyaların tikintisini, mövcud olanların yenilənməsini,həmçinin, elektrik ötürmə xətləri və kabel birləşmələriningenişləndirilməsini əhatə edir. Bu tədbirlər 1,7 QVt bərpa olunanenerji mənbəyinin şəbəkəyə qoşulmasına və enerji təchizatınınetibarlılığının əhəmiyyətli dərəcədə artırılmasına imkanverəcək.
Bundan əlavə, SCADA/EMS idarəetmə sistemlərininmüasirləşdirilməsi və bərpa olunan enerjidən dəyişkən enerjiaxınlarının səmərəli idarə edilməsi üçün müasir rəqəmsaltexnologiyaların tətbiqi hesabına enerji sistemininrəqəmsallaşdırılması nəzərdə tutulur.