RU

"Qarabağ"ın qələbəsi Azərbaycana nə verdi? - REYTİNQ

Avrokuboklarda 3-cü təsnifat mərhələsi start götürüb.


Manset.az xəbər verir ki, ötən gecə baş tutan görüşlərdən sonra ölkələrin UEFA reytinqi yenilənib.
 
Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib. Buna "Qarabağ"ın Çempionlar Liqasındakı uğurlu nəticəsi şərait yaradıb. Şimali Makedoniyada "Şkendiya"nı 1:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ölkəmizin hesabına 0.250 əmsal əlavə edib. 

Nəticədə cari mövsümdə qazanılan əmsal isə 1.875-ə yüksəlib. Hazırda ölkəmizin ümumi xal ehtiyatı 19.000-a bərabərdir. Qitə sıralamasına tsiklə 29-cu yerdə başlayan, ötən həftə bir pillə irəliləyərək 28-ə yüksələn Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Azərbaycanın ən yaxın izləyicisi Rusiyanın 18,299 xalı var. Bir pillə öndə - 27-ci yerdə qərarlaşmış Ukraynanın xal ehtiyatı isə 19,225-dir.

Избранный
3
2
manset.az

4Источники