RU

Məşhur markanın reklamı qadağan edildi

İngiltərənin Reklam Standartları Təşkilatı (ASA), İspaniyanın geyim və aksesuar markalarından biri “Zara”-nın internet saytı və tətbiqində yayımlanan iki reklamın modellərin “sağlamlığa zərərli dərəcədə arıq” görünməsinə səbəb olduğu üçün qadağan edildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ASA-nın fikrincə, reklamlardan birindəki modelin saç düzümü, üz cizgiləri və istifadə olunan kölgələr onu “çökmüş və sağlam olmayan” göstərirdi.

BBC-nin xəbərinə görə, “Zara” ASA-nın xəbərdarlığından sonra sözügedən görüntüləri yayından çıxarıb.

Marka, hər iki modelin çəkiliş zamanı tibbi sağlamlıq sənədinə sahib olduğunu və fotolarda sadəcə “çox kiçik işıq və rəng düzəlişləri” edildiyini müdafiə edib.

Bundan əlavə, “Zara”, Birləşmiş Krallığın Model Sağlamlığı Araşdırması tərəfindən 2007-ci ildə yayımlanan “Sağlam gələcəyin formalaşdırılması” adlı hesabatın müvafiq maddələrinə uyğun hərəkət etdiyini bəyan edib.

“Zara” ilə yanaşı, son dövrlərdə başqa markaların da reklamları oxşar səbəblərlə qadağan edilib. İyul ayında “Marks & Spencer”-ə məxsus bir reklam, modelin “sağlam olmayan dərəcədə arıq” göründüyü əsas gətirilərək yayından çıxarılıb.

Eyni şəkildə, “Next” markasının cins şalvar reklamı da modelin ayaqlarının həddindən artıq incə görünməsinə səbəb olan bucaqlar istifadə edildiyi üçün qadağan edilib.

Bəzi izləyicilər isə “sağlam olmayan dərəcədə kök” görünən modellərin yer aldığı reklamların niyə qadağan edilmədiyini sual edirlər.

Избранный
73
50
cebheinfo.az

10Источники