RU

Türkiyənin AKINCI PUA-sı yerli istehsal lazer sistemi ilə gücünü göstərir

BAKI, TurkicWorld, Nərmin Ağayeva

AKINCI pilotsuz uçuş aparatı yerli lazer bələdçi sistemi ilə hədəfi dəqiqliklə vurub.

TurkicWorld xəbər verir ki, Baykar Technology tərəfindən hazırlanmış Bayraktar AKINCI üzərində ASELSAN istehsalı LGK-82 lazer bələdçi dəsti ilə həyata keçirilən sınaq atışında hədəf uğurla məhv edilib.

Sınaq görüntülərini Baykar Texnologiya İdarə Heyətinin sədri Selçuk Bayraktar sosial mediada paylaşarkən, ASELSAN baş direktoru Əhməd Akyol AKINCI-nın döyüş sahəsində öz gücünü təsdiqlədiyini bildirib.

Müdafiə Sənayesi Başçısı Haluk Görgün isə atışın millimetr dəqiqliyi ilə həyata keçirildiyini vurğulayaraq, mühəndislik və sistem inteqrasiyası imkanlarının yüksək səviyyədə olduğunu qeyd edib.

Qeyd edək ki, AKINCI yüksək hündürlük, uzun dözümlülük və dəqiq zərbə imkanlarını bir platformada birləşdirən yeni nəsil pilotsuz döyüş vasitəsidir.

Избранный
10
turkic.world

1Источники