RU

İsti hava beyin qanamasına səbəb ola bilər?

Yay aylarında kəskin istilər bir çox sağlamlıq problemlərinə yol açır. Mütəxəssislər bildirirlər ki, xüsusilə isti və gün vurması halları yaşlı və xroniki xəstəlikləri olan şəxslər üçün həyati təhlükə yarada bilər.Mövzu ilə bağlı tibb üzrə elmlər doktoru Adil Qeybulla Metbuat.az-a danışıb. Onun sözlərinə görə, yüksək temperatur şəraitində gün vurması və ya isti vurması zamanı beyində müəyyən dəyişikliklər baş verə bilər. Lakin əsas beyin qanamaları adətən yüksək arterial təzyiq fonunda meydana çıxır:“Yüksək təzyiqin damar divarına təsiri və aterosklerotik dəyişikliklər nəticəsində damar divarının elastikliyi pozulur, bu isə damar divarının yırtılması və nəticədə qanamanın – yəni hemorragik insultun yaranmasına səbəb olur. Bəzi hallarda beyin qanamaları anadangəlmə damar patologiyaları - məsələn, anevrizmalar və ya arteriovenoz malformasiyalar səbəbindən də baş verə bilər. Bu cür damar strukturları normal inkişaf etmədikdə və ya zədələndikdə qəfil partlayaraq qanamaya səbəb ola bilər. Günvurma və ya güclü istivurma halları bu riskləri daha da artırır".Mütəxəssis isti havalarda xüsusilə yaşlıların, təzyiq problemi olan və ya damar xəstəliklərindən əziyyət çəkən şəxslərin günorta saatlarında çölə çıxmamasını, bol maye qəbul etməsini və sağlamlıqlarına nəzarət etməsini tövsiyə edir.

Ülkər Cəlilzadə / Metbuat.az

Избранный
43
1
metbuat.az

2Источники