Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" birliyində ixtisarlar başlayır.
8 iyul 2025-ci il tarixli Sərəncama əsasən, "Azərterminalkompleks" birliyinin yeni strukturu və ştat cədvəli təsdiq edilib.
Sərəncama uyğun olaraq, bu il sentyabrın 1-dən etibarən yeni struktur qüvvəyə minəcək. Bununla da struktur dəyişikliyi çərçivəsində bəzi vəzifələr ixtisar oluna bilər. Belə hallarda aidiyyəti vəzifələr üzrə əmək müqavilələrinin ləğv olunması qanunvericiliyə uyğun şəkildə həyata keçiriləcəyi qeyd edilib.