Pişiyə rəhmsizlik edən şəxs məsuliyyətə cəlb olundu - FOTO
Sumqayıt şəhərində pişiyə qarşı rəhmsiz rəftar edən şəxs məsuliyyətə cəlb edilib.1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Polis əməkdaşları tərəfindən heyvanla rəhmsiz rəftar edən 1990-cı il təvəllüdlü şəxs müəyyən olunaraq polis bölməsinə çağırılıb. Onun barəsində qanunvericiliyə uyğun tədbir görülüb.