RU

Tramp administrasiyasından sülh mesajı: Ukraynada yalnız bu halda münaqişə bitəcək

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Ukraynadakı münaqişənin hərbi yolla həll olunmasının mümkün olmadığını düşünür.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkoff arasında keçirilən görüşü şərh edərkən bildirib:

“Bu münaqişə hərbi yolla həll edilməyəcək”.

Uitaker əlavə edib ki, Tramp administrasiyası əvvəlki prezident Co Baydenin etdiyi kimi ağılsızcasına silah tədarükü yolu ilə deyil, döyüşlərə son qoymaq niyyətindədir.

Bundan öncə ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Putin və Vitkoff arasında baş tutan görüşdən sonra Donald Tramp administrasiyası ya müsbət bəyanat verə bilər, ya da bu addımı atmamaq qərarına gələ bilər. Onun sözlərinə görə, Kremldəki görüşün yekunlarına dair daxili müzakirə hələ keçirilməyib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
125
50
globalinfo.az

10Источники