RU

Saakaşvilidən Azərbaycan açıqlaması: Yaxında tarixi hadisə olacaq

Tezliklə Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanacaq.
BUTA.TVTeleqraf-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. “Avqustun 8-də Vaşinqtonda çox mühüm tarixi hadisə baş verəcək: Azərbaycan və Ermənistan Donald Tramp vasitəsilə sülh müqaviləsi imzalayacaq. Prezident Əliyevlə Baş nazir Paşinyan bir müddətdir danışıqlar aparır, amma ABŞ prezidentinin vasitəçiliyi ilə proses sürətlənib. O gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq. Rusiya artıq rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğunu itirir”, - sabiq prezident bildirib.

M.Saakaşvili əlavə edib ki, Rusiya daxildəki şəbəkəsi vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyətdə dəyişmək üzrədir.

Избранный
81
10
buta.tv

10Источники