Gəncədə 13 yaşlı yeniyetmə ölüb.
Bakues.az xəbər verir ki, şəhərin Avtozavod qəsəbəsində yaşayan 2012-ci il təvəllüdlü H. İsmayılov yaxınları tərəfindən huşsuz vəziyyətdə aşkar edilib.
Xəstəxanaya çatdırılan H. İsmayılovun öldüyü məlum olub. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb