RU

Cənubi Koreya və ABŞ orduları genişmiqyaslı təlimlər keçirəcəklər

BAKI, 7 avqust. TELEQRAF

Koreya Respublikası və ABŞ Silahlı Qüvvələri 18-28 avqust tarixlərində ənənəvi genişmiqyaslı “Ulchi Freedom Shield” təlimlərini keçirəcəklər.

Teleqraf xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

İki ölkənin silahlı qüvvələrinin nümayəndələri qeyd ediblər ki, təlimlər real təhdidləri əks etdirəcək və müttəfiqlərin bütün sahələrdə döyüş qabiliyyətini artırmaq üçün nəzərdə tutulub.

“Ulchi Freedom Shield” təlimlərinin Cənubi Koreya hökumətinin hərbi şəraitdə fəaliyyətə daha yaxşı hazırlığına kömək edəcəyi bildirilir.

Qeyd edək ki, ötən il təlimlərdə təxminən 19 min cənubi koreyalı hərbçi iştirak edib. Şimali Koreyada isə belə təlimlər ənənəvi olaraq "KXDR-ə müdaxilənin məşqi" adlandırılır. Koreya Respublikası və ABŞ manevrlərın müdafiə xarakterli olduğunda israr edirlər.

Избранный
9
teleqraf.com

1Источники