Rusiyanın aparıcı təbliğatçılarından biri, Birinci Kanalın əməkdaşı Ruslan Ostaşko Odessa vilayətindəki Orlovka kompressor stansiyasına edilən hücumu açıq şəkildə “Moskvadan Bakıya siqnal” adlandırıb.
Ostaşko bildirib ki, Azərbaycanın “Rusiyadan yan keçərək, hətta mövcud infrastrukturdan istifadə etməklə təchizat qurmaq cəhdləri” dayanmalıdır.
Referans minval-a istinadən xəbər verir ki, bu sözlər faktiki olaraq Kremlin terroru siyasi alətə çevirdiyini etiraf etməsi deməkdir.
Bu, Rusiyanın media təmsilçiləri vasitəsilə Azərbaycanın müstəqil enerji siyasətini və Qərblə əməkdaşlıq hüququnu hədəfə alması, ölkəmizə açıq təhdidlər yönəltməsidir.
Ostaşkonun açıqlamaları sadəcə həyasızlıq deyil, bu, dövlət terrorizminə ideoloji bəraət verməyə cəhddir. Kreml bir daha sübut edir ki, qonşularına qarşı münasibətdə özünü sivil dövlət kimi deyil, silahlı dəstəyə çevrilmiş bir qurum kimi aparır, hansı ki, başqa dövlətlərə necə və kimlə ticarət etməyi diktə etməyə çalışır.
Rusiya artıq zorakılıq, şantaj və xaos üzərində qurulmuş, keçmiş imperiya xülyasından əl çəkməyən bir sistemə çevrilib. Azərbaycan isə bu qurumdan gələn heç bir “siqnalı” qəbul etmir və heç vaxt da qəbul etməyəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта