"Araz-Naxçıvan" və "Sabah" bu gün Avropa Konfrans Liqasınınn 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxacaqlar.
Operativ Media xəbər verir ki, Naxçıvan təmsilçisi Bakıda Kiprin "Omoniya" klubunu əonaq edəcək.
"Dalğa Arena"da baş tutacaq matç saat 20:00-da start götürəcək.
"Bayquşlar" isə səfərdə "Levski"nin qonağı olacaq.
Saat 22:00-da başlayacaq matç “Georgi Asparuxov” stadionunda baş tutacaq.