“Karvan Yevlax” klubu növbəti transferini həyata keçirib.
Bu barədə Bakues.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Portuqaliyalı yarımmüdafiəçi Vitor Roşa ilə 1 illik müqavilə imzalanıb.
29 yaşlı futbolçu son olaraq ölkəsinin “Sanjoanense” klubunda forma geyinib.