ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bu gün saat 05:00 radələrində Şəmkir rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, ilkin məlumata görə, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər hadisə yerində həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Yaralılar Şəmkir rayon xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Qəza yerindən görüntüləri təqdim edirik:
Eltac Zülfüqaroğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.