RU

HƏYƏCAN: Ən güclü maqnit qasırğası gəlir

Son iki ayın ən güclü maqnit qasırğası avqustun 8-də Yer kürəsini vuracaq.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası alimləri "Telegram" kanallarında bildirib.

Alimlər qeyd ediblər ki, avqustun 5-də baş verən günəş partlayışı Yer kürəsində gözlənildiyindən daha ciddi geomaqnit nəticələrə səbəb olacaq.

"Modellər göstərdi ki, planet yüksək sürətli bulud nüvəsi ilə toqquşacaq, maqnit sahəsinə təsir daha güclü ola bilər", - deyə məlumatda bildirilib.

Mütəxəssislərin fikrincə, plazma planetimizə avqustun 8-də Bakı vaxtı ilə təxminən saat 08:00-da çatacaq. Bununla belə, geomaqnit vəziyyət artıq cümə axşamından cümə gününə keçən gecə pisləşməyə başlayacaq. Səbəb Yerin başqa bir böyük tac dəliyinin fəaliyyət zonasına daxil olması olacaq.

Избранный
29
publika.az

1Источники