RU

İlin ən yaxşı gənc futbolçusu mükafatına namizədlər açıqlanıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 7 avqust, AZƏRTAC

"France Football" nəşrinin 21 yaşa qədər ən yaxşı gənc futbolçu üçün təsis etdiyi “Kopa Trophy” mükafatına namizədlər açıqlanıb.

AZƏRTAC xəbər verir ki, siyahıda Pau Kubarsi ("Barselona" / İspaniya) Joau Neveş (“Barselona” / Portuqaliya), Ayub Buaddi ("Lill" / Fransa), Dezire Due (PSJ / Fransa), Estevao ("Çelsi" / Braziliya), Din Heysen ("Real Madrid" / İspaniya), Maylz Lyuis-Skelli ("Arsenal" / İngiltərə), Rodriqo Mora ("Portu" / Portuqaliya) və Kənan Yıldız ("Yuventus" / Türkiyə) yer alıblar.

Səsvermədə dünya futbolunun əsas mükafatı olan “Qızıl top”un qalibləri iştirak edirlər. Hər bir münsif “namizədlər siyahısından üç oyunçunu seçməlidir.

Ötən il bu mükafata İspaniya millisinin və “Barselona”nın gənc ulduzu Lamin Yamal sahib çıxıb.

Bu il “Qızıl top”un mükafatlandırma mərasimi sentyabrın 22-də Fransanın paytaxtı Parisdə keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
82
2
azertag.az

4Источники