RU

Səhiyyə Nazirliyinin müəssisələrinə başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm mandatı və Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Narkoloji Mərkəzinə başçəkmələr həyata keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası”nın Fakültativ Protokolu, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında təşkil edilən monitorinqlərin məqsədi bu müəssisələrdə rəftar və şəraitin araşdırılması, pasiyentlərin hüquqlarının təmini məsələlərinin və göstərilən xidmətlərin vəziyyətinin öyrənilməsi olub.

2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında həm stasionar, həm də ambulator müalicənin aparıldığı, müəssisəyə əvvəlki başçəkmələr zamanı mövcud olan bəzi nöqsanların aradan qaldırıldığı, vakant olan yerlərə yeni işçilərin təyin edildiyi və bir neçə ay öncə təmir işlərinin aparıldığı müəyyən edilib. Xəstəxanada yaşayış şəraitinin, sənədləşmə işinin təkmilləşdirilməsi və bu sahəyə nəzarətin gücləndirilməsi, pasiyentlərin daha çox açıq hava gəzintilərinə çıxarılması istiqamətində tövsiyələr verilib.

Eyni zamanda, yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən Bakı şəhəri Narkoloji Mərkəzində yalnız ambulator müalicə tədbirlərinin görüldüyü müəyyən olunub, həkim sayının az olduğu mərkəzin sahəsinin də kiçik olduğu müşahidə edilib.

Qeyd olunmalıdır ki, hər iki müəssisənin yeni, daha geniş binalara köçürülməsinin nəzərdə tutulduğu bildirilsə də, bu məsələnin sürətləndirilməsi olduqca vacibdir.

Başçəkmələrin yekununda müəssisələrin rəhbərliyi və əməkdaşlarla hüquqi maarifləndirici söhbət aparılıb, Ombudsman Aparatının hüquqi maarifləndirici nəşrləri və “916” Çağrı Mərkəzi ilə bağlı məlumat lövhələri təqdim edilib.

Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Səhiyyə Nazirliyinə müraciət olunacaq.

Hurriyyet.az

Избранный
38
9
hurriyyet.az

10Источники