RU

Fransada son 76 ilin ən böyük meşə yanğını: Od prefekturası iki gündür alovların cəngindədir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Fransanın cənubunda yerləşən Od prefekturasında başlayan meşə yanğını artıq ikinci gündür ki, davam edir. Yanğınsöndürənlər alovun qarşısını almaqda çətinlik çəkirlər.

Oxu.Az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Bildirilir ki, yanğın 16 min hektardan çox ərazini əhatə edib. İndiyədək azı 25 yaşayış evi yanıb, 35 avtomobilə ciddi ziyan dəyib, bölgədə isə elektrik təchizatı pozulub.

"13 nəfər xəsarət alıb, onlardan ikisi mülki şəxs, 11-i isə yanğınsöndürəndir. İki nəfərin vəziyyəti ağırdır. Qohumlar üç nəfərin itkin düşdüyünü bildiriblər", - deyə prefektura rəsmiləri təsdiqləyib.

Hakimiyyət orqanlarının yaydığı əlavə məlumata əsasən, yaralılardan biri vəfat edib.

Bölgədəki bir neçə kiçik kəndin əhalisi təxliyə edilərək 13 müvəqqəti məntəqəyə yerləşdirilib. Yanğınla mübarizə üçün hadisə yerinə təxminən iki min yanğınsöndürən, hərbi bölmələr və bir neçə təyyarə cəlb olunub.

Fransa daxili işlər naziri Bruno Retayo bu yanğını 1949-cu ildən bəri Od prefekturasında qeydə alınan ən böyük meşə yanğını adlandırıb. Baş nazir Fransua Bayru isə baş verənləri "görünməmiş miqyasda fəlakət" kimi dəyərləndirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
45
18
oxu.az

10Источники