RU

Putin-Tramp görüşü BƏƏ-də keçirilə bilər - Kreml açıqladı...


ABŞ mətbuatının prezident Donald Trampın gələn həftə Rusiya prezidenti Putinlə təkbətək görüşməyi planlaşdırdığı barədə xəbərlərindən sonra Kreml Tramp-Putin görüşünün yaxın günlərdə baş tutacağını təsdiqləyib. Görüş yeri dəqiqləşdirilməsə də, Putin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) uyğun məkan olduğunu deyib.

Putinin sözlərinə görə, Rusiyanın bir çox dostları var ki, onunla Tramp arasında görüş təşkil etməyə hazırdır. Bunlardan da biri kimi o, Birləşmiş Ərəb Əmirliyinin adını çəkib: "Bu cür görüşlərin təşkilində bizə kömək etməyə hazır olan çoxlu dostlarımız var. Dostlarımızdan biri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidentidir. Düşünürəm ki, biz qərar verəcəyik, bu, uyğundur, hətta kifayət qədər uyğun məkanlardan biridir”.

Putin Ukrayna lideri Zelenski ilə də görüşməyin əleyhinə olmadığını deyib. O, belə bir görüşə hazır olduğunu qeyd edib. Lakin o, hazırda bunun üçün lazımi şəraitin olmadığını vurğulayıb: "Mən dəfələrlə demişəm, ümumiyyətlə, bunun əleyhinə deyiləm; bu, mümkündür. Lakin bunun baş verməsi üçün müəyyən şərait yaratmaq lazımdır. Təəssüf ki, biz o şəraiti yaratmaqdan hələ çox uzaqdayıq".

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə deyib ki, Rusiya və ABŞ prezidentləri arasında yaxın günlərdə görüşün keçirilməsinə dair razılıq əldə olunub. Y.Uşakov bu görüşün keçirilməsi üçün gələn həftənin oriyentir kimi nəzərdən keçirildiyini, lakin hazırlığın dəqiq vaxtının hələ müəyyən edilmədiyini açıqlayıb. Onun sözlərinə görə, tərəflər görüşün yeri barədə də razılığa gəliblər və bu barədə daha sonra məlumat veriləcək.

Bundan əlavə, Uşakov Putin, Tramp və Zelenski arasında ehtimal edilən üçtərəfli görüşlə bağlı məlumatları şərh edərək bildirib ki, Moskva ABŞ nümayəndəsi Uitkoffun səsləndirdiyi bu təşəbbüsə cavab verməyib.

O, Putinin Uitkoffla görüşünün konstruktiv keçdiyini də bildirib. Qeyd edib ki, Ukrayna böhranının həlli üzrə birgə işin aparılması müzakirə edilib. Onun sözlərinə görə, Moskva danışıqların nəticələri barədə tərəfdaşlarını və müttəfiqlərini məlumatlandırıb.

ZÜMRÜD

Избранный
65
50
baki-xeber.com

10Источники