RU

Anar Ağayev: “6 ayda 415 milyon dollarlıq ixrac həyata keçirilib” - VİDEO

2025-ci ilin ilk 6 ayında ölkə xaricinə ümumilikdə 402 396 ton meyvə və tərəvəz ixrac olunub, ixracatın ümumi dəyəri isə 415,75 milyon ABŞ dolları təşkil edib.

Bunu Bizim.Media-ya “Food City Agrocomplex”in baş icraçı direktoru Anar Ağayev bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmazda ilk şaftalı festivalı – 18 növ məhsul TƏQDİM olunub - FOTO / VİDEO


O, deyib ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə tonla 25%-lik, dəyər ifadəsində isə 24% artım deməkdir:

“Meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,36%, qeyri-neft sektorundakı payı isə 19,38%-dir. “Food City Agrocomplex” bu ixrac həcmindən təxminən 80%-ə yaxınını idarə edərək, məhsulların peşəkar şəkildə yüklənməsini, gömrük prosedurlarının sürətləndirilməsini və “son mil” (məhsulların çatdığı son nöqtə) mərhələsinin operativ təşkilini təmin edir”.

Anar Ağayev ən çox ixrac olunan ölkələr sırasında Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya və Qazaxıstanın yer aldığını qed edib:

“Eyni zamanda bu müddət ərzində “Food City Agrocomplex” fermer‐ixracatçıların məhsullarını 10-dan artıq ölkəyə ixrac edilməsinə peşəkar və operativ dəstəyini göstərib. Hazırda şirkətimiz ölkəmizdə yetişdirilən meyvə və tərəvəzin daha geniş bazarlara və müxtəlif ölkələrə ixrac olunma istiqamətində uğurlu addımlar atmaqdadır”.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Избранный
72
50
bizim.media

10Источники