RU

Çindən qəbul edilən blok-qatarların sayı 2 dəfəyə yaxın artdı

Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Dəmir Yolları" QSC (ADY) Çindən Orta Dəhliz ilə 225 blok-qatar qəbul edib.

Bu barədə Publika.az-a ADY-ya itinadən xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu ilin 7 ayında ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur", - məlumatda deyilir.

Избранный
237
7
publika.az

10Источники