BAKI, 12 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dəmir Yolları vasitəsilə Çindən ümumilikdə 225 blok-qatar qəbul edib.
ADY-dən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 80% artım deməkdir.
Müvafiq dövrdə blok-qatarlarla 24 min TEU konteyner daşınıb ki, bu da ötən ilin analoji göstəricisindən təxminən 2 dəfə çoxdur.