RU

ADY: Çindən daşınan yükdaşımaların sayı 80 dəfə artdı

BAKI, 12 avqust. TELEQRAF

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan Dəmir Yolları vasitəsilə Çindən ümumilikdə 225 blok-qatar qəbul edib.

ADY-dən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 80% artım deməkdir.

Müvafiq dövrdə blok-qatarlarla 24 min TEU konteyner daşınıb ki, bu da ötən ilin analoji göstəricisindən təxminən 2 dəfə çoxdur.

Избранный
227
2
teleqraf.com

10Источники