Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında görüşün keçirilməsi barədə razılıq əldə edilib. Metbuat.az xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov belə açıqlama verib. Putinin Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkovu qəbul etdiyini qeyd edən Uşakov görüşün konstruktiv keçdiyini bildirib. Uşakov bildirib ki, tərəflər Ukrayna böhranının həlli üçün birgə səylərin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. Onun sözlərinə görə, Putin və Tramp arasında görüşün keçiriləcəyi ölkə də müəyyən edilib. Lakin o ölkənin adını açıqlamayıb. Uşakov qeyd edib ki, Vitkoff Putin, Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında üçtərəfli görüş təklifini də irəli sürüb, lakin Rusiya tərəfi məsələyə münasibət bildirməyib.