RU

Hindistan Trampın təzyiqi altında Rusiya neftini almağı dayandırdı

Hindistanın dövlət neft emalı zavodları ABŞ-ın Hindistan idxalına 25% rüsum tətbiq etməsindən sonra Rusiyadan neft alışını dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilir ki, Hindistan hökuməti neft emalı zavodlarına Rusiya neftinin alınmasını dayandırmaq üçün heç bir rəsmi göstəriş verməyib. Bundan əlavə, Narendra Modi administrasiyası Donald Trampın təşəbbüsü ilə tətbiq edilən tariflərin tətbiqinə müqavimət göstərir.

Избранный
121
5
operativmm.az

6Источники