RU

"Omoniya"nın baş məşqçisi qələbəni şərh etdi

“Xoşbəxt hiss edirik ki, 4 qol vurduq və qapımıza qol buraxmadıq.” Metbuat.az-ın məlumatına görə, bunu "Omoniya"nın (Kipr) baş məşqçisi Harninq Berq UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.O bildirib ki, hələ qarşıda yeni oyunumuz olacaq və onu tamamlamağımız lazımdır:"Komanda yaxşı təsir bağışladı. Müdafiə olunmağa ehtiyac yarananda bu işi yaxşı gördük. Ümumilikdə həm oyunun nəticəsindən, həm də komandanın çıxışından razı qaldıq".

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
117
50
metbuat.az

10Источники