RU

Bundan dərs çıxarmağa çalışacağıq - Baxşıyev

İlk dəqiqələrdən oyundan qopduq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin “Omoniya” komandasına 0:4 hesabı ilə məğlub olduqları ilk görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

"Komanda olaraq zəif oynadıq. Ardıcıl toplar buraxmaq futbolçulara mənfi təsir göstərdi, fiziki olaraq zəif deyildik. Sadəcə, alınmadı. Bu cür uduzmaq da komandanın böyüməsinə kömək edəcək. Səhvlərdən dərs çıxarmağa çalışacağıq. Dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Onları sevindirə bilmədik", - E.Baxşıyev vurğulayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Kiprdə təşkil olunacaq.

Избранный
55
7
bakivaxti.az

10Источники