Tərtər rayonunda meşədə yanğın başlayıb.
Modern.az-ın məlumatına görə, yanğın hadisəsi Suqovuşan qəsəbəsi ərazisindəki meşədə baş verib. Yanğın zamanı meşə ərazisində mina partlayışları da olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib