ABŞ-nin Pensilvaniya ştatında atışma nəticəsində 2 təhlükəsizlik qüvvəsi əməkdaşı güllələnib.
Bakues.az xəbər verir ki, bu barədə ştat qubernatoru Coş Şapiro məlumat verib.
O bildirib ki, atışma Pensilvaniyanın şimal-şərqində baş verib və polkovnik Kristofer Paris artıq hadisə yerindədir, yaralanan hərbçilər isə xəstəxanaya aparılıb. Qubernatorun sözlərinə görə, yaralıların vəziyyəti stabildir: “Onlar üçün dua edirik”.
C. Şapiro özünün də hadisə yerinə gedəcəyini bildirsə də, atışmanın baş vermə şəraiti haqqında məlumat paylaşmayıb.