Tikinti aparılan Gəncə mərkəzi stadionunda növbəti ölüm faktı qeydə alınıb. Bolgə.tv Teleqraf-a istinadla xəbər verir ki, stadionda çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib. İlkin məlumata görə, S. Əliyevin səhhəti anidən pisləşib və o dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. Qeyd edək ki, iyun ayının 28-də Gəncə şəhər stadionun tikintisində işləyən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi 1975-ci il təvəllüdlü Şahin Talıbov iş başında qəflətən vəfat etmişdi