RU

“Akademik Tofiq İsmayılov” dalğıc gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

Bakı.Trend:

AZCON Holding şirkətlərindən olan ASCO-nun “Akademik Tofiqİsmayılov” dalğıc gəmisi əsaslı təmir edilib. Təmir işləri“Bibiheybət” Gəmi Təmiri Zavodunda yerinə yetirilib.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb

Bildirilib ki, proses zamanı baş mühərriklər, braşpil,şpil qurğuları, nasoslar, boru sistemləri, elektrik avadanlıqları,heyətin yaşayış yerləri, sanitar qovşaqlar və yeməkxana təmirolunub.

"Həmçinin gəminin sualtı və suüstü hissələritəmizlənərək rənglənib. Gövdənin sualtı və suüstü sahələrindəzədələnmiş sahələr və protektorlar dəyişdirilib.

Bundan başqa, gəminin hərəkət-sükan kompleksi, dib-yanarmaturları, lövbər qurğuları və zəncirləri sazlanıb, gəmininhelikopter meydançasının leyer çəpəri və drenaj (şpiqat) sistemiəsaslı təmir olunub.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir,yeni 3 dəst stasionar radiostansiyalar, 1 dəst girokompas və 1 ədədyeni qəza radiomayakı (EPIRB) quraşdırılıb. Həmçinin gəmi yeni“İnmarsat-C” avadanlığı ilə təchiz olunub.

Təmirdən sonra dalğıc gəmisi dəniz sınağına çıxarılıb.Sınaq işləri uğurla başa çatıb və gəmi istismara qaytarılıb.

“Akademik Tofiq İsmayılov” gəmisinin uzunluğu 91,8,eni 17 metrdir. DP sistemi ilə təchiz olunmuş bu gəmi 300 metrəqədər dərinlikdə dalğıc, 1000 metrə qədər dərin sahələrdə isə digərsualtı işlərin həyata keçirilməsi üçün nəzərdə tutulub", -məlumatda deyilir.

Məqalədə:
Избранный
19
8
az.trend.az

9Источники