"Polad Bülbüloğlu bir tədbirdə məni görüb, dedi Gülnaz. Mənə Gülyaz yox, Gülnaz deyirdi. Dedi ki, səni "Leyli və Məcnun" tamaşasında görürəm. Cavab verdim ki, təklif almışam, ana obrazını oynayacağam. Dedi ki, səni Leyli görürəm, mən də gəlib onun tamaşasına baxacağam. Polad Bülbüloğlunun bir sözü ilə mənə Leyli obrazı verdilər".
Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova 106.3 FM-də dicey Kazım Sübhanın qonağı olarkən deyib. Müğənni "Leyli və Məcnun" operasında oynamasından danışıb. O bildirib ki, Xalq artisti Polad Bülbüloğlunun tapşırığı ilə tamaşada rol alıb.
G.Məmmədova sosial şəbəkədə məşhurlaşan ifaçılardan danışıb: