RU

Metroda doğulan uşağa bu ad veriləcək - VİDEO

Bu gün səhər saatlarında Bakı Metropoliteninin "20 Yanvar” stansiyasında doğulan uşağa Cəsur adı veriləcək.
 
HİT.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında körpənin nənəsi deyib.
 
O qeyd edib ki, uşağın anasını səhər həkim yoxlanışına aparırmış: "Yolda ağrıları oldu. Sağ olsunlar hamı kömək etdi, vətəndaşlar da, işçilər də. Hər ikisinin vəziyyəti yaxşıdır. Nəvəm oğlandır. Adını Cəsur qoymaq istəyirik”.
 
Bildirilib ki, bu, ananın 2-ci hamiləliyi olub.//APA TV
 

Избранный
15
15
hit.az

10Источники