RU

Fərid Əhmədov Ağsu şəhərində vətəndaşları qəbul edib

Ədliyyə naziri Fərid Əhmədov Ağsu şəhərində vətəndaşları qəbul edib.

Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay və Kürdəmir rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Fərid Fərid
Избранный
59
18
apa.az

10Источники