RU

Hökumə Əliyevaya görə bir dəqiqəlik sükut - VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın anadan olmasının ildönümü ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir dəqiqəlik sükut elan olunub.


Manset.az xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.


Избранный
27
25
manset.az

10Источники