ABŞ-ın vitse-prezidenti Cey Di Vens Böyük Britaniyaya səfəri zamanı bildirib ki, Vaşinqtonun mövqeyi dəyişməz olaraq qalır — Fələstin dövlətinin tanınması nəzərdə tutulmur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.
"Biz Fələstin dövlətini tanımaq niyyətində deyilik", — deyə Vens vurğulayıb. O əlavə edib ki, bu məsələdə qərar Londona məxsusdur.
ABŞ rəsmisi, həmçinin, Fələstin ərazisində fəaliyyət göstərən səlahiyyətli bir hökumətin mövcudluğuna şübhə ilə yanaşdığını bildirib:
"Fələstin dövlətinin rəsmi şəkildə tanınmasının nə anlam daşıyacağını bilmirəm, çünki orada fəaliyyət qabiliyyətli bir hökumət yoxdur", – deyə o qeyd edib.