RU

Rusiya təxminən 17 milyard dollar itirib...

...Rusiyada neft-qaz sektorundan federal büdcənin gəlirləri xüsusilə neftin qiymətinin düşməsi və Avropa İttifaqına qaz ixracının kəskin azalması səbəbindən itkilərə məruz qalıb.

SİA-nın məlumatına görə, bu barədə cümə axşamı, avqustun 7-də Ukrayna Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Kəşfiyyat xidməti qeyd edib ki, 2025-ci ilin yanvar-iyul aylarında büdcə gəlirləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19 f aiz azalaraq 69,2 milyard dollar təşkil edib. Urals markalı neftin orta qiyməti isə 18,4 faiz ucuzlaşaraq 60,37 dollar/barel olub.

Avropa İttifaqına qaz tədarükü də 50 faiz azalıb (9,93 milyard kubmetrə qədər). Eyni zamanda, rubl 2025-ci ilin əvvəlindən 45 faiz - bir dollar üçün 113,71-dən 81,25-ə qədər möhkəmlənib, Xarici Kəşfiyyat Xidməti xəbər verir. Ümumilikdə, kəşfiyyat xidmətinin qeyd etdiyi kimi, Rusiya təxminən 17 milyard dollar itirib.

Kəşfiyyat xidməti vurğulayıb ki, Rusiyanın enerji sektorundan gəlirlərinin azalması Rusiya iqtisadiyyatının xarici təzyiqlərə qarşı həssaslığının artdığını göstərir.

SVR əlavə edib ki, kəsiri kompensasiya etmək üçün Rusiya hökuməti Ukraynaya qarşı müharibəni maliyyələşdirməyə davam etmək üçün Milli Rifah Fondundan daha fəal istifadə etməyi və büdcə maddələrini azaltmağı planlaşdırır.

Əli Babayev

Избранный
14
sia.az

1Источники