RU

Ağdərədə yanğının geniş əraziyə yayılması müşahidə olunur - Yenilənib

Ağdərə rayonu ərazisindəki dağlıq meşəlik ərazidə başlayan yanğın hələ də davam edir...

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Suqovuşan kəndi yaxınlığında gecə saatlarında baş verib.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri və helikopterlər cəlb olunsa da, yanğını tam nəzarət altına almaq mümkün olmayıb. Hazırda yanğınların geniş əraziyə yayılması müşahidə olunur.

***

Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində başlayan yanğın davam edir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, dağ massivindəki yanğınla mübarizəyə FHN aviasiya dəstəsinin iki yanğınsöndürən helikopteri cəlb olunub.

Hazırda helikopterlər yanğının qarşısının alınması istiqamətində əməliyyatlar tədbirlərini davam etdirir.

Onu da qeyd edək ki, xeyli ərazidə alovun qarşısı alınıb.

Poliqon.info

Избранный
34
6
poliqon.info

8Источники