Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb...
Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
***
Türkan qəsəbəsində dənizdə bir nəfər batıb.
Bu barədə Poliqon-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Poliqon.info