Ağdərə rayonu ərazisindəki dağlıq meşəlik ərazidə başlayan yanğın hələ də davam edir.
"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə Suqovuşan kəndi yaxınlığında gecə saatlarında baş verib.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin bölmələri və helikopterlər cəlb olunsa da, yanğını tam nəzarət altına almaq mümkün olmayıb. Hazırda yanğınların geniş əraziyə yayılması müşahidə olunur. Dominos pizza
Telegram kanalımız