Növbəti tədris ilində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində daha 66 azərbaycanlı gənc ABŞ-də təhsil alacaq.
Onların 44-ü dünyanın ən nüfuzlu 10 universitetinin siyahısında yer alan ali təhsil müəssisəsinə qəbul olub.
Statistikaya görə, proqram iştirakçıları aşağıdakı universitetlərdə təhsil alacaqlar:
– Kaliforniya Universiteti, Berkeley – 16 nəfər
– Kolumbiya Universiteti– 14 nəfər
– Con Hopkins Universiteti– 8 nəfər
– Stanford Universiteti– 4 nəfər
– Çikaqo Universiteti – 4 nəfər
– Karnegi Mellon Universiteti– 4 nəfər
– Yel Universiteti– 4 nəfər
– Miciqan Universiteti – Enn Arbor– 3 nəfər
– Massaçusets Texnologiya İnstitutu– 2 nəfər
– Kaliforniya Universiteti – Los Anceles – 2 nəfər
– Manhattan Musiqi Məktəbi– 2 nəfər
– Pensilvaniya Universiteti– 2 nəfər
– Harvard Universiteti– 1 nəfər
– Dyuk Universiteti– 1 nəfər
Dövlət Proqramı çərçivəsində ABŞ-da 2022/2023-cü tədris ilində 26 nəfər, 2023/2024-cü tədris ilində 51 nəfər, 2024/2025-ci tədris ilində 109 nəfər təhsil alıb.
Qeyd edək ki, 2022/2023-cü tədris ilindən bu günə qədər 252 azərbaycanlı gənc ABŞ-dakı universitetlərə qəbul olub.